Xəbərlər

BMT Təhlükəsizlik Şurası toplanıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra Yaxın Şərq gündəmi ilə bağlı təcili iclas keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.

“Beynəlxalq ictimaiyyət münaqişəni tez bir zamanda daha geniş səviyyəyə çatdıra biləcək hər hansı bir hərəkətin qarşısını almaq üçün birgə çalışmalıdır. Son bir neçə gündə baş verən müxtəlif hücumlar ciddi və təhlükəli bir yüksəlişi ifadə edir”, – BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo bildirib.