Xəbərlər

İsrail Qəzzada 30 obyektə hücum edib

Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının 30 hərbi obyektinə zərbələr endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, hərbiçilər partlayıcılarla dolu binaları, yeraltı tikililəri, silah anbarlarını hədəfə alıb.