Xəbərlər

Polad Bülbüloğlu: ABŞ-ın Azərbaycan və Ermənistandan keçəcək yol ideyası siyasiləşdirilməməlidir

“ABŞ-ın Azərbaycan və Ermənistanı əhatə edəcək yeni yol layihəsi siyasiləşdirilməməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinə müsahibəsində deyib.

“Vaşinqton Rusiya və Çindən yan keçməklə belə bir nəqliyyat marşrutu açmaq planlarını nəzərdən keçirir. Mən bu məsələni siyasiləşdirməzdim. Məsələ ondadır ki, bu, hər hansı yeni dəhliz açılanda sınaqdan keçirilmiş və əlverişli olanlardan dərhal imtina edilib, yeni marşruta qaçılacağı demək deyil. Bunun üçün uzun zaman, böyük vəsaitlər və bir çox ölkələrin razılığı lazımdır”, – deyə Azərbaycan diplomatik missiyasının rəhbəri qeyd edib.

Həmçinin o qeyd edib ki, nəqliyyat variantlarının müxtəlifliyi yalnız biznesin inkişafı üçün daha çox şərait yaradır.