Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun dəstəyi ilə nəşr olunan “İşıq” dərgisinin 127-ci sayı işıq üzü görüb.
Nəşrin yeni nömrəsində Sədaqət Qəhrəmanovanın “Baş redaktordan” yazısı ilə yanaşı, müxtəlif mövzularda maraqlı məqalələr, araşdırmalar, hekayələr, esselər və oxucuların marağına səbəb olacaq digər yazılar yer alıb.
Oxucular bu nömrədə Könül Bünyadzadənin “Deyilməyən sözlər”, Zöhrə Fərəcovanın “Qayğıya və sevgiyə ehtiyacı olan fidanlar”, Rəfail Tağızadənin “Sənsizliyin harayı”, Rəfail Salamovun “Boğçamdakı simasızlar”, Lətafət Bayramovanın “Dostluq” başlıqlı yazılarını, Şəfəq Əlixanlının “Vətənin səsi olmaq”, Dilşad Mirzəyevanın “Səsdən sözə, sözdən işığa” müsahibələrini, Minaxanım Təkləlinin “Qarabağın maralı”nın tarixçəsi…”, araşdırma yazısını, Fidan Vahidin “Məni gözləyirlər” hekayəsini oxuya bilərlər.
Yeni sayda həmçinin Şəfəq Sultan Əlixanlının “Qızım mənim”, Umayın “Güvən” silsilə esseləri, Hürzət Təhməzlinin “Həyat”, Günel Natiqqızının “Divardan fəsil”, Gülgün Quliyevanın “Açarı torpaqda qalan evlər”, Nigar Şahın “Minimalizm – dəbdən həyat fəlsəfəsinə”, Gülçin Süleymanlının “İlin payız-qış trendləri” yazıları, eləcə də Qabilin “Anamın sözləri”, Nəriman Həsənzadənin “Ana” şeirləri yer alıb.
Dərgini Zahid Xəlilov küçəsi 43 ünvanında yerləşən “Litera” kitab evindən əldə edə bilərsiniz. Qeyd edək ki, dərgiyə (+994 12) 433 22 94/95, (+994 55) 360 55 99, (+994 70) 360 55 99 əlaqə nömrələri vasitəsilə abunə ola bilərsiniz.
Xoş mütaliələr!



