Keçmiş ABŞ Prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukraynanın Rusiya ərazisində irəliləməsinin III dünya müharibəsinə səbəb olacağını iddia edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
“Ukraynada baş verənlərə baxın. Onlar Rusiya ərazisinə doğru irəliləyirlər. Bunun nəicəsində III dünya müharibəsi olacaq”, – Tramp qeyd edib.
ABŞ Milli Qvardiya Assosiasiyasının konfransında çıxış edən Tramp dünyanın bir çox yerlərində mövcud xaosun ABŞ-ın Əfqanıstandan çıxarılması ilə başladığını bildirib.