Avqustun 31-də saat 12:00-da Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunda Əməkdar jurnalist Firuzə Nadirin müəllifliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə hazırlanmış “Bal kimi süfrə” sənədli filminin təqdimatı baş tutacaq.
“Füyuzat”ın məlumatına görə, film “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyi tərəfindən işgaldan azad edilmiş rayonlarımızdan biri olan Kəlbəcərə həsr edilib.
Filmin təqdimatında arzu edən hər kəs iştirak edə bilər.