Xəbərlər

ABŞ: Qəzzada atəşkəs məsləhətləşmələrinin son mərhələsi konstruktiv keçib

Birləşmiş Ştatlar Qəzza zolağında atəşkəslə bağlı ötən həftə ABŞ, Misir və Qətərin iştirakı ilə Dohada keçirilən məsləhətləşmələri konstruktiv hesab edir.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

“Keçən həftəki danışıqlarda biz razılaşmanın qarşısında duran maneələrin aradan qaldırılmasında irəliləyiş əldə etdik ki, bu da hər iki tərəfdən çeviklik tələb edəcək, onlar atəşkəsi rədd etmək əvəzinə razılaşmaq üçün səbəblər tapmalı olacaqlar”, – Miller deyib.

ABŞ Dövlət Departamentinin sözçüsü qeyd edib ki, yaxın günlərdə Birləşmiş Ştatlar saziş bağlamaq üçün səy göstərmək məqsədilə regiondakı tərəfdaşları ilə əlaqə saxlamağa davam edəcək.