“ABŞ administrasiyası Misirə 1,3 milyard dollar dəyərində hərbi yardım edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi “Reuters”ə deyib.
“Bu qərar regionda sülhün bərqərar olması və Misirin ABŞ-ın milli təhlükəsizlik prioritetlərinə, xüsusilə Qəzzada atəşkəsin başa çatması, girovların evlərinə qaytarılması, ehtiyacı olan fələstinlilərə humanitar yardımın artırılması və sülhün əldə edilməsi üçün vacibdir”, – məlumatda bildirilib.