“Qəzza zolağında atəşkəs və status-kvonun bərpası Fələstin-İsrail münaqişəsinin tam həlli üçün kifayət deyil”.
“Füyuzat”ın məlumatına görə, bunu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş deyib.
“Oktyabrın 7-dən əvvəlki status-kvoya qayıtmaq Qəzza üçün həll yolu deyil. Bu, nə fələstinlilər, nə də israillilər üçün davamlı sülhə səbəb olmayacaq”, – o, Əbu-Dabidə keçirilən Hili Forumunun siyasi konfransı zamanı bildirib.