Xəbərlər

CNN: Nə HƏMAS, nə də İsrail münaqişəni dayandırmaq üçün siyasi iradəyə malikdir

ABŞ-ın hazırkı Prezidenti Co Bayden administrasiyası hazırda nə HƏMAS-ın, nə də İsrailin münaqişəyə son qoymaq üçün siyasi iradəyə malik olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə CNN məlumat yayıb.

Qeyd edilib ki, Ağ Ev müzakirə olunan üç mərhələli sazişdən imtina etmək və hərbi əməliyyatların dayandırılması üçün hər iki tərəfin razılaşdığı şərtləri nəzərdə tutan yeni plana keçmək variantını nəzərdən keçirir.