Xəbərlər

Misir: Livandakı faciənin səbəbi BMT TŞ-nin Qəzzada uğursuzluğudur

“Livandakı faciənin səbəbi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (TŞ) Qəzza zolağında müharibəni dayandırmaq barədə uğursuzluğudur”.

“Füyuzat”ın məlumatına görə, bunu Misirin xarici işlər naziri Bədr Əbdüləti deyib.

“Livanın hazırda yaşadığı faciə BMT Təhlükəsizlik Şurasına görədir. Bu onun bir ildir davam edən müharibəni dayandırmaq öhdəliyini yerinə yetirə bilməməsinin, uğursuzluğunun nəticəsidir. Beynəlxalq ictimaiyyət İsrailin hücumlarına son qoymaq üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməyənə qədər, münaqişə digər bölgələrə də yayılacaq”, – nazir qeyd edib.