Xəbərlər

KİV: ABŞ Livanı qeyd-şərtsiz atəşkəslə razılaşmağa çağırır

Birləşmiş Ştatlar Livanı İsraillə qeyd-şərtsiz atəşkəslə razılaşmasına çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sky News Arabia” telekanalı
ABŞ Müdafiə Nazirliyindən olan mənbələrinə istinadən məlumat yayıb.

“Biz Livan ordusunun komandanlığı ilə əlaqə saxladıq və ona hökuməti qeyd-şərtsiz atəşkəsi qəbul etməyə inandırmağın vacibliyini bildirdik”, – telekanalın adının açıqlanmasını istəməyən həmsöhbəti bildirib.