Xəbərlər

İsrail Qəzzada HƏMAS komandanlığına ikinci zərbə endirib

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS hərəkatının komanda mərkəzinə hücum edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl İsrail ordusunun kəşfiyyatının göstərişi ilə İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının mərkəzi hissəsində yerləşən komanda-nəzarət mərkəzində əməliyyat planlayan HƏMAS terrorçularına dəqiq zərbə endirib. Keçmiş Əl-Bureyc Hazırlıq Məktəbi kompleksinin binası terrorçular tərəfindən İsrail Müdafiə Qüvvələrinin qoşunlarına və İsrail dövlətinə qarşı terror hücumlarının planlaşdırılması və həyata keçirilməsi üçün istifadə edilib”, – məlumatda bildirilib.