ABŞ ordusu “USA Ordnance” müdafiə şirkəti ilə təxminən 15 milyon dollar dəyərində qeyri-müəyyən sayda “M60” pulemyotlarının tədarükü üçün müqavilə bağlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The War Zone” məlumat yayıb.
Qeyd edilib ki, razılaşmanın bir hissəsi olaraq ABŞ ordusu qeyri-müəyyən sayda “M60E6” və “M60E4” pulemyotları, həmçinin “M60″ın əvvəlki modifikasiyası üçün konversiya dəstləri alacaq.
Bundan əlavə, silahın ABŞ-ın xarici müttəfiqi və ya tərəfdaşı, məsələn, Ukrayna üçün nəzərdə tutula biləcəyi də bildirilib.