Xəbərlər

Harris: HƏMAS-İsrail razılaşmasının bütün aspektləri hazırlanmayıb

“Qəzzada atəşkəs razılaşmasının bir çox aspektləri işlənib, lakin bəzi detallar hələ də razılaşdırılmamış qalır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti ABŞ-ın vitse-prezidenti Kamala Harrisin “CBS” telekanalına müsahibəsindən sitat gətirib.

“Razılaşmaya yaxın olmağımız o deməkdir ki, bir çox detallar işlənib, lakin bəzi detallar hələ də qalır. Bəli, müəyyən irəliləyiş var, amma sövdələşmə aparılmasa, bunun mənası yoxdur. Bizə mümkün qədər tez atəşkəs və girovlarla bağlı müqavilə lazımdır. Bu müharibə başa çatmalıdır. Bunun mümkün olduğuna inamımızı itirə bilmərik”, – Harris bildirib.