İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Bələh şəhəri yaxınlığında HƏMAS hərəkatının komanda məntəqəsinə hücum edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsrail kəşfiyyatı və Şin Betin göstərişi ilə İsrail Hərbi Hava Qüvvələri Deyr əl-Bələh bölgəsindəki komanda və idarəetmə mərkəzində fəaliyyət göstərən terrorçulara dəqiq zərbə endirib. Mərkəz əvvəllər Şühəda əl-Əqsa xəstəxanası olan kompleksdə yerləşirdi və HƏMAS tərəfindən İsrail qüvvələri və İsrail əsgərlərinə qarşı terror hücumları planlaşdırmaq və həyata keçirmək üçün istifadə edilib”, – məlumatda bildirilib.