“Ukraynanın NATO-ya daxil olması üçüncü dünya müharibəsinin başlanması deməkdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə naziri Peter Siyarto parlamentin Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib.
“Ukraynanın NATO-ya üzvlüyü qırmızı xətti keçir, çünki Ukrayna Rusiya ilə müharibə vəziyyətində olmaqda davam edir, əgər Ukrayna NATO-ya üzv olarsa, dünya müharibəsi başlayacaq”, – Siyatro bildirib.