Bu il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard 493,4 milyon ABŞ dolları təşkil edib.
“Füyuzat”ın məlumatına görə, bunun 83,95 %-i və yaxud 61 milyard 697,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 16,05 %-i və yaxud 11 milyard 795,8 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 755,2 milyon ABŞ dolları və yaxud 5,4 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 3 milyard 697 milyon ABŞ dolları və yaxud 6,4 %, AMB-nin valyuta ehtiyatlarında isə 58,2 milyon ABŞ dolları və yaxud 0,5 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 8 milyard 194,1 milyon ABŞ dolları və yaxud 12,55 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 6 milyard 173,6 milyon ABŞ dolları və yaxud 11,1 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 20,5 milyon ABŞ dolları və yaxud 20,6 % artım nümayiş etdirib.
ARDNF-invalyuta ehtiyatları(milyon ABŞ dolları) | AMB-ninvalyuta ehtiyatları(milyon ABŞ dolları) | Azərbaycanınstrateji valyuta ehtiyatları(milyon ABŞ dolları) | |
01.10.2024 | 61 697,6 | 11 795,8 | 73 493,4 |
01.07.2024 | 58 000,6 | 11 737,6 | 69 738,2 |
01.04.2024 | 57 372,8 | 11 654,4 | 69 027,2 |
01.01.2024 | 56 069,7 | 11 613.0 | 67 682,7 |
01.10.2023 | 55 524,0 | 9 775,3 | 65 299,3 |