“HƏMAS hərəkatı 2025-ci ilin martına planlaşdırılan daxili seçkilərdən əvvəl Siyasi Büro öldürülən rəhbəri Yəhya Sinvara varis təyin etməyi planlaşdırmır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının “Asharq News” telekanalı hərəkatdakı mənbələrə istinadən məlumat yayıb.
“HƏMAS hərəkatı, gələn ilin martında daxili seçkilər keçirilməyənə qədər yeni lider təyin etməyəcək”, – məlumatda bildirilib.