Belarus Səudiyyə Ərəbistanı, Küveyt və Mərakeş ilə mülki aviasiya sahəsində sənədlər imzalayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Respublika Nəqliyyat və Rabitə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Səudiyyə Ərəbistanı Krallığı ilə hava əlaqəsi haqqında hökumətlərarası saziş, Küveyt Dövlətinin aviasiya orqanları ilə anlaşma memorandumu və Mərakeş Krallığının Aviasiya Administrasiyası ilə məsləhətləşmələrdən sonra danışıqlar protokolu imzalanıb. Həmçinin Birləşmiş Ərəb Əmirliklərinin aviasiya orqanları ilə danışıqlar aparılıb və ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib”, – məlumatda bildirilib.