ABŞ Yeddilik Qrupu (G7) ilə razılaşmaların bir hissəsi olaraq, nəhayət, Ukraynaya 20 milyard dollarlıq kreditin ayrılmasını təsdiqləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Prezident Co Bayden bildirib.
Ağ Evin mətbuat xidməti bu qərarı “tarixi addım” kimi dəyərləndirib.
“Beləliklə, Ukrayna vergi ödəyicilərini yükləmədən indi ehtiyac duyduğu yardımı ala biləcək. Bu kreditlər Ukrayna xalqını öz ölkəsini müdafiə edərkən və infrastrukturu yenidən qurarkən onlara dəstək olacaq”, – deyə Bayden bildirib.