Xəbərlər

Səudiyyə Ərəbistanı Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçi olmağa hazırdır

“Səudiyyə Ərəbistanı Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi olmağa hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Səudiyyə Ərəbistanının Moskvadakı səfiri Əbdül Rəhman bin Süleyman əl-Əhməd deyib.

“Krallıq milli təhlükəsizlik müşavirlərinin iclaslarında iştirak edərək, Ukraynadakı böhranın deeskalasiyasına yönəlmiş bütün qərarları dəstəkləyir və bütün tərəflər arasında əlaqə yaratmaq üçün vasitəçilik səylərini həyata keçirməyə hazırdır”, – diplomat qeyd edib.