Xəbərlər

Siyarto: Gürcüstan ikinci Ukrayna olmaq istəmədi və sülhü seçdi

“Gürcüstan ikinci Ukrayna olmaq istəmədi, Rusiya ilə sülh yolunu seçdi”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“Brüsseldə Gürcüstanın ikinci Ukrayna olmasını istəyən çox adam var, lakin Gürcüstan xalqı bununla razılaşmadı. Əgər Gürcüstan ikinci Ukrayna olsa, bu, məğlub müharibə, yüz minlərlə ölüm və milyonlarla qaçqın demək olardı, çünki Ukraynada müharibənin mənası budur”, – Siyarto bildirib.