Xəbərlər

Blinken: HƏMAS Misirin sülh təklifini rədd edib

“Həmas yaraqlıları Qəzza zolağında qısamüddətli atəşkəs və 4 girovun azad edilməsinə razı olmayıblar. Fələstin təşkilatı və İsrail üçün belə bir təklif daha əvvəl Misir tərəfindən səsləndirilmişdi”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Qeyd edək ki, dünən ABŞ Xarici İşlər Nazirliyinin rəhbəri Misirin xarici işlər naziri Bədr Abdelatti ilə söhbət edib, xüsusən də Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.