Xəbərlər

Siyarto: Qərb Ukraynadakı müharibəni qlobal miqyasda genişləndirməyə hazırdır

“ABŞ və Avropa İttifaqında (Aİ) Ukraynada münaqişənin davam etməsinin tərəfdarları hərbi əməliyyatları qlobal miqyasda genişləndirməyə hazırdırlar”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“Müharibə tərəfdarları çarəsizlik içində ən pisindən, yəni Ukraynadakı müharibənin qlobal miqyasda genişlənməsindən belə çəkinmirlər. Vaşinqton və Brüsseldəki müharibə tərəfdarları son anda hücuma keçiblər. Bir sıra Aİ ölkələrində seçkilərdə sağçı partiyaların qələbə çalmasından, habelə ABŞ-dakı prezident seçkilərində problemin həllinə can atmaq niyyətində olan Donald Trampın qələbəsindən sonra yeni reallıq yaranıb”, – Siyarto bildirib.