Xəbərlər

Siyarto Vals ilə Ukraynadakı münaqişənin həllini müzakirə edib

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Vaşinqtonda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə gələcək köməkçisi Mak Vals ilə Ukraynadakı münaqişənin həlli yollarını müzakirə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Siyarto “M1” televiziya şirkətinə müsahibəsində deyib.

“Birləşmiş Ştatlarda demokratlar müharibənin, respublikaçılar isə sülhün tərəfindədir. Beləliklə, biz vacib bir məqsəd kimi sülh haqqında söhbət etdik”, – Siyarto əlavə edib.