“Ankara təhlükəsiz, azad və firavan Suriyanın qurulmasına hər cür töhfə verəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Uzun illərdən sonra etdiyimiz bu səfər Suriya xalqı üçün yeni dövrə atılan ilk addım olacaq. Biz onlara ehtiyacı olan bütün sahələrdə dəstək verməyə hazırıq. Türkiyənin Suriya ilə bağlı prioritetləri sabitliyin və təhlükəsizliyin təmin edilməsi, terrorun aradan qaldırılması, milli barışığa nail olunması, iqtisadi inkişafın təmin edilməsi və ölkədən qaçan suriyalıların vətənlərinə qayıtmasına şərait yaradacaq mühitin yaradılmasıdır. Türkiyə təhlükəsiz, azad, firavan Suriyanın yaradılmasına hər cür töhfə verəcək”, – nazir əlavə edib.