“Livanla bağlı atəşkəs razılaşması Yaxın Şərqdəki münaqişənin tam həlli üçün kifayət deyil”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“İsrailin təcavüzü Livanda böhrana səbəb olub. Bu gün Livanda atəşkəs razılaşmalarının olmasına baxmayaraq, biz orada humanitar böhranla üzləşmişik, nəticədə bir milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Fələstində axan qan dayanmasa, bölgədə sülh və əmin-amanlıq olmayacaq. Türkiyə Yaxın Şərq nizamlanması üçün bütün mövcud səyləri fəal şəkildə dəstəkləyir”, – nazir əlavə edib.