“Ukraynadakı münaqişənin hazırkı mərhələsində əsas prioritet atəşkəsdir və nizamlanmanın parametrləri dəyişməz qalır”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə müsahibəsində deyib.
“Ukraynada sülh vacibdir. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasından gələn bəzi bəyanatlardan görürük ki, iki il əvvəlki diplomatiyamız nəticəsində irəli sürdüyümüz nüansların çoxu dəyişməz qalır. Problem eynidir: İlk hədəfimiz sülh razılaşması olmamalıdır, əvvəlcə sülhü kimin hansı şərtlərlə qəbul edəcəyinə qərar verilməlidir”, – nazir əlavə edib.