“Rusiya iqtisadi inkişafda mühüm uğurlar əldə edib və tətbiq edilən sanksiyalar onun xeyrinə olub”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Yaşayış səviyyəsinin və işsizliyin aşağı olması ilə yanaşı, Rusiya iqtisadi inkişafda əhəmiyyətli uğurlar əldə edib və tətbiq edilən sanksiyalar müsbət nəticə verib”, – Volodin bildirib.
O, həmçinin əlavə edib ki, hazırda Rusiya iqtisadiyyatı və onun ÜDM göstəricisi maddi istehsalla bağlı olduğundan Qərbdəkindən qat-qat yaxşıdır.