Uncategorized

Venesuela ABŞ-dan Kubanın blokadasını tamamilə ləğv etməyi tələb edib

“Venesuela ABŞ-ın Kubanı terrorizmə sponsorluq edən ölkələr siyahısından çıxarmaq qərarını alqışlayır və adanın blokadasının tamamilə ləğvini tələb edir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Venesuela Bolivar Respublikasının xarici əlaqələr üzrə üzrə xalq hakimiyyəti naziri İvan Gil-Pintonun “Telegram” kanalında dərc olunmuş açıqlamasında bildirilib.

“Venesuela Bolivar Respublikası ABŞ hökumətinin Kubanı terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarmaq barədə məhdud qərarını alqışlayır. Bu addım 60 ildən artıqdır ki, Kuba xalqına zərər vurmuşdur. Buna görə də iqtisadi, ticarət və maliyyə embarqosunun dərhal ləğvi ilə müşayiət olunmalıdır. Venesuela Birləşmiş Ştatlardan BMT Nizamnaməsinin prinsiplərinə tam hörmət etməyi və Kubaya qarşı bütün birtərəfli siyasi və iqtisadi sanksiyaları ləğv etməyi tələb edir”, – nazir qeyd edib.