“Ölkədə baş verən çoxsaylı partlayışlardan sonra Ukraynanın enerji sektoruna böyük zərbə dəyib”.
“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“Zərbələrin çoxu qaz infrastrukturu və enerji obyektlərinə dəyib. Qərbdəki tərəfdaşlarımız isə Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək vədlərini tam yerinə yetirmir”, – prezident əlavə edib.