Xəbərlər

AYİB 2025-ci ildə Ukraynaya 1,5 milyard avro yardım edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2025-ci ildə Ukraynaya 1,5 milyard avro (1,54 milyard dollar) ayıra bilər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi AYİB-in Ukrayna və Moldova üzrə direktoru Arvid Türknerə istinadən məlumat yayıb.

“Ukraynada planlaşdırma çətin işdir. Yeni düzgün əməliyyatlar müəyyən olunarsa, Kiyevə böyük kreditlərin ayrılacağını istisna etmirəm. İnfrastruktur və enerji təhlükəsizliyi iki əsas prioritet sahədir, ondan sonra özəl sektor və ərzaq təhlükəsizliyinin gücləndirilməsi gəlir”, – Türkner deyib.

2024-cü ildə AYİB Kiyevə demək olar ki, 2,4 milyard avro məbləğində kredit ayırıb.

AYİB-in səhmdarlarına 72 ölkə, həmçinin Avropa İttifaqı və Avropa İnvestisiya Bankı daxildir. Bankın ilkin nizamnamə kapitalı 10 milyard avro olub, 1996-cı ildə 20 milyard avroya, 2010-cu ildə isə 30 milyard avroya qədər artırılıb.