1960-cı illərə qədər dünyanın dördüncü ən böyük gölü olan Aral gölü indi demək olar ki, tamamilə quruyub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Vaxtilə 68 min kvadrat kilometr ərazini əhatə edən gölün cəmi 8 min kvadrat kilometri qalıb. Gölün qalan hissəsi Aralqum adlandırılan yeni səhraya çevrilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Səhralaşma ilə Mübarizə Konvensiyasının icraçı katibi Aral gölünün qurumasını “dünyanın ən böyük ekoloji fəlakətlərindən biri” kimi xarakterizə edir.



