Xəbərlər

HƏMAS: Qəzzada atəşkəsi pozmaqda maraqlı deyilik

“HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasını pozmaqda maraqlı deyil və onun həyata keçirilməsinə sadiqdir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə hərəkatın nümayəndəsi məlumat yayıb.

“Biz atəşkəs razılaşmasını pozmağa maraqlı deyilik və onun həyata keçirilməsini və İsrailin razılaşmanın bütün müddəalarına əməl etməsini təmin etmək öhdəliyimizə sadiqik. İsrail hakimiyyətinin sazişin humanitar protokolunu yerinə yetirməsini və girovların fələstinli məhbuslarla dəyişdirilməsi prosesinin şənbə günü bərpa olunmasını təmin etmək üçün çalışırıq”, – nümayəndə qeyd edib.