Xəbərlər

İsrail ordusu qəzzalıları İsraillə həmsərhəd əraziləri boşaltmağa çağırıb

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının İsrail ərazisi ilə həmsərhəd ərazilərinin sakinlərinə anklavın dərinliklərinə təxliyə olunmaları üçün müraciət edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusu məlumat yayıb.

“Xəritədə qırmızı ilə işarələnmiş ərazilərdə İDF terror təşkilatlarına qarşı hərbi əməliyyatlara başlayıb və bu ərazilər hazırda döyüş bölgəsi hesab olunur. Təhlükəsizliyiniz üçün dərhal Qəzzanın qərbinə və Xan Yunisə təxliyə olun”, – nümayəndə qeyd edib.