Səudiyyə Ərəbistanı İsrailin İrana hücumunu qətiyyətlə pisləyib və beynəlxalq ictimaiyyəti baş verənlərə son qoymaq üçün məsuliyyəti öz üzərinə götürməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
“Səudiyyə Ərəbistanı Krallığı İsrailin qardaş İran İslam Respublikasına qarşı onun suverenliyinə, təhlükəsizliyinə xələl gətirən və beynəlxalq qanunların, o cümlədən normaların açıq şəkildə pozulmasını təşkil edən açıq-aşkar təcavüzünü qətiyyətlə pisləyir”, – bəyanatda bildirilib.



