Xəbərlər

Ukrayna: Hərbi qulluqçu çatışmazlığı Kiyev üçün faciəyə səbəb olacaq

“Ukrayna Silahlı Qüvvələrinin bölmələrində mobilizasiya ilə bağlı problemlərin arxa plana atılması və şəxsi heyət çatışmamazlığı ölkə hakimiyyəti üçün faciə olacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna Müdafiə Nazirliyinin məsləhətçisi Oleksiy Bezhevetsin işə qəbul məsələləri üzrə müşaviri bildirib.

Bununla yanaşı, Ukrayna Müdafiə Nazirliyi ilə əməkdaşlıq edən “Lobby X” şirkətinin həmtəsisçisi Vladislav Qreşev bildirib ki, risklə az əlaqəli olan ordu vəzifələri üzrə vakant yerlərə müraciətlərin sayı kəskin artıb.

2022-ci ilin fevralından Ukraynada ümumi mobilizasiya elan edilib və bu, dəfələrlə uzadılıb.