Xəbərlər

Azərbaycanda havadan su əldə ediləcək

2025-2027-ci illərdə Azərbaycanda havadan suyun əldə edilməsi texnologiyası üzrə tədqiqat və layihə işləri aparılacaq.

“Füyuzat”ın “Report”a istinadən məlumatına görə, bu barədə 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” (Bakı Su Həftəsi) çərçivəsində məlumat verilib.

Məlumata görə, 2025-ci ildə texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanacaq.

2026-cı ildə sahədə pilot layihə üçün ərazilər müəyyənləşdiriləcək, 2027-ci ildə isə havadan suyun alınması texnologiyası üzrə bir pilot layihə icra olunacaq.