“Rusiyadan Türkiyəyə verilən S-400 zenit-raket kompleksləri Türkiyə ordusunun xidmətində qalır və onlarla bağlı mövqeyimizdə heç bir dəyişiklik olmayıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ankarada jurnalistlərə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr bildiriblər.
“S-400 hava hücumundan müdafiə sistemləri ordumuzda xidmətdədir. S-400-lə bağlı mövqeyimiz dəyişməyib”, – deyə mənbələr bildiriblər.
Bu, S-400-lərin Türkiyə tərəfindən geri qaytarıla və ya yenidən satıla biləcəyi ilə bağlı daha əvvəl mediada yayılan xəbərlərə departamentin cavabı olub.



