Xəbərlər

Almaniya: Rusiya Ukrayna mövzusunda Avropaya yanlış məlumat söyləyib

“Rusiya Avropada Ukrayna münaqişəsi ilə bağlı dezinformasiya kampaniyası aparıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Almaniya Xarici İşlər Nazirliyinin mədəniyyət və kommunikasiyalar departamentinin rəhbəri Ralf Beste söyləyib.

“Ümumilikdə daha əvvəl gördüyümüzlə müqayisədə təsirdə artım var. Bu, ciddi qəbul edilməli olan təhlükədir”, – nazir bildirib.

Bestenin fikrincə, Rusiya bu məsələdə irəliləyib və ona müqavimət göstərmək çətindir.

Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva martın 18-dən 20-dək Seulda keçirilən demokratiya sammiti iştirakçılarının Rusiyanın dezinformasiya kampaniyası aparması barədə ittihamlarını qəti şəkildə rədd edib. O, belə ittihamların “dezinformasiya ilə məşğul olanlardan” gəldiyini vurğulayıb.