Xəbərlər

İsrail: HƏMAS-ın anklavın əksəriyyətində hərbi strukturu yoxdur

“Qəzza zolağının əksər hissəsində HƏMAS hərəkatının mütəşəkkil hərbi strukturu yoxdur”.

“Füyuzat”ın məlumatına görə, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

Onun sözlərinə görə, radikallar yalnız Misirlə sərhəd yaxınlığındakı Rəfah şəhəri ərazisində mütəşəkkil hərbi əməliyyatları davam etdirirlər.

“HƏMAS Qəzza zolağının əksər hissəsində hərbi təşkilat kimi fəaliyyətini dayandırıb. Onların komandirləri tunellərdə gizlənib, onlar komandanlıq və nəzarət imkanlarını itiriblər, zolağın əksər bölgələrində onların batalyon strukturları fəaliyyətini dayandırıb”, – Qalant bildirib.

Eyni zamanda o, Qəzza zolağında hərbi əməliyyatların davam etdirilməsinin anklavda saxlanılan israilli girovların azad edilməsini daha da yaxınlaşdırdığı qeyd edib.