Xəbərlər

Milli Kitabxanada “Akademik Kamal Abdulla – 75” adlı ənənəvi kitab sərgisi açılıb

Milli Kitabxanada görkəmli akademik, Xalq yazıçısı Kamal Abdullanın anadan olmasının 75 illiyi münasibətilə “Akademik Kamal Abdulla – 75” adlı ənənəvi kitab sərgisi və “Xalq yazıçısı Kamal Abdulla” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.

“Füyuzat”ın məlumatına görə, bu barədə kitabxanadan məlumat verilib.

Məlumata əsasən, sərgilərdə rəsmi sənədlər, milli ədəbiyyatımızın görkəmli nümayəndəsi, istedadlı yazıçı-dramaturq, Əməkdar elm xadimi Kamal Abdullanın fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları, romanları, povestləri, hekayələri, pyesləri, şeirləri, tərcümələri, esseləri, ideya müəllifi, layihə rəhbəri, elmi redaktor, rəyçi və məslətçi olduğu əsərlər, həyatı, elmi fəaliyyəti, bədii və çoxşaxəli yaradıcılığı haqqında tədqiqat əsərləri, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Xalq_yazicisi_Kamal_Abdulla/index.htm linkindən istifadə edə bilərlər.