Araşdırma nəticəsində məlum olub ki, World Central Kitchen (WCK) humanitar təşkilatının könüllüləri Qəzza zolağında onları Fələstinin HƏMAS hərəkatının silahlı radikalları hesab edən İsrail hərbçilərinin səhv hücumu nəticəsində həlak olublar.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələri açıqlama verib.
“İstintaqın tapıntıları göstərir ki, bu hadisə baş verməməli idi. Zərbəni təsdiqləyənlər əmin idilər ki, onlar WCK personalını deyil, silahlı HƏMAS yaraqlılarını hədəf alıblar. Yardım maşınlarına zərbə endirilməsi ciddi səhvdir”, – açıqlamada qeyd edilib.