Bu gün “Litera” kitab evində Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu və “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin dəstəyi ilə 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir həyata keçirilib.
Tədbir “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti və “Dünya azərbaycanlıları” strateji araşdırmalar və təhlil mərkəzinin rəhbəri Tofiq Əli-zadənin başçılığı ilə “Qanlı 20 Yanvar – 1990-cı il hadisələri: faktlar və təhlillər” mövzusunda keçirilib.
Tədbirdə 20 Yanvarda baş verən qanlı hadisələr, həmvətənlərimizin başına gətirilən müsibətlər faktlar əsasında izləyicilərə çatdırılıb.
Tədbir əsnasında 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ictimaiyyət nümayəndələri, gənclər və digər şəxslər iştirak edib, “Carçı” jurnalının baş redaktoru, Yasamal rayonu üzrə qadın komitəsinin sədri Gülnarə Əmirquliyeva, “vetenim-azerbaycandır.az” informasiya portalının baş redaktoru Kamran Orucov və eləcə də digər şəxslər öz fikirlərini izləyicilərlə bölüşüblər.
Qeyd edək ki, tədbirin keçirildiyi məkan – “Litera” kitab evi Yasamal rayonu, Zahid Xəlilov 43 ünvanında yerləşir.














