Misirin xarici işlər naziri Sameh Şükri Qəzza zolağındakı vəziyyəti və regional problemləri müzakirə etmək üçün aprelin 20-də Türkiyəyə səfər edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Misirin xarici işlər naziri Sameh Şükri nazirimizin dəvəti ilə aprelin 20-də ölkəmizə rəsmi səfər edəcək. Səfər zamanı ikitərəfli münasibətlər, Fələstindəki vəziyyət və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq”, – məlumatda bildirilib.
Qeyd edək ki, 2024-cü ilin fevralında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirə ilə Ankara arasında münasibətlərin normallaşması çərçivəsində 12 ildən sonra ilk dəfə Misirə səfər edib.