Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli Keniyanın paytaxtı Nayrobi şəhərində öz işinə başlayan İkinci Afrika Şəhərsalma Forumunda (AUF2) iştirak edir.
“Füyuzat”ın məlumatına görə, Ramil İskəndərli müxtəlif plenar sessiya və yan tədbirlərdə iştirakla yanaşı, UN Habitat-ın maraqlı tərəflərin cəlb edilməsi üzrə koordinator Aditya Kumarla görüşüb.
Forum çərçivəsində digər görüşlərin də keçirilməsi planlaşdırılır.





