Xəbərlər

ATU-da stomatologiya sahəsində müasir tələblərə uyğun Tədris Mərkəzi açılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasının nəzdində fəaliyyət göstərən və müasir tələblərə cavab verən Tədris Mərkəzi açılıb.

“Füyuzat”ın AZƏRTAC-a istinadən verilən məlumat verir ki, universitetin rektoru, professor Gəray Gəraybəyli stomatologiya sahəsində təhsil alan tələbələrin praktiki vərdişlərini, bilik və bacarıqlarını artırmaq məqsədilə yenilənən Tədris Mərkəzində yaradılan müasir infrastruktur, gücləndirilmiş maddi-texniki baza və tədris imkanları ilə yaxından tanış olub. Mərkəzin fəaliyyəti haqda ətraflı məlumat verilib. Vurğulanıb ki, əsaslı şəkildə yenilənən mərkəz ən son texnologiyalara uyğun avadanlıq, müasir stomatoloji qurğular, zəruri tibbi ləvazimat və mulyajlarla tam təmin edilib.

Ətraflı baxış keçirildikdən sonra müvafiq tövsiyələrini də verən rektor ümumilikdə yaradılmış şəraiti müsbət dəyərləndirib.