Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təşəbbüsü ilə “FÜYUZAT tv” internet televiziyası tamaşaçıları keçmişin izinə aparacaq “Daşların hekayəsi” adlı layihəsini təqdim edir. Verilişin əsas məqsədi tarixi binaların və abidələrin divarları arasında gizlənən maraqlı hadisələri, unudulmuş məlumatları yenidən üzə çıxarmaqdır.
Tarix və memarlıq mövzusuna önəm verən izləyicilər verilişin ilk buraxılışını yaxın günlərdə “FÜYUZAT tv” internet televiziyasının efirində və rəqəmsal platformalarında izləyə bilərlər.



