Milli Kitabxanada Xalq şairi Sabir Rüstəmxanlının anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Xalq şairi Sabir Rüstəmxanlı” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
“Füyuzat”ın məlumatına görə, bu barədə kitabxanadan məlumat verilib.
Bildirilib ki, sərgidə şairin şeirləri, romanları, poemaları, tərcümələri, tərtibçisi, “Ön söz” müəllifi, redaktoru olduğu kitablar, həyat və yaradıcılıq yolu haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat materialları nümayiş olunur.



